Pentaqon Koreya danışıqlarını diqqətlə izləyir | “Whasington Times”

2018/01/1_9_2018_south-korea-koreas-tensi-288201_c0-0-5000-2915_s885x5163453_1515574784.jpg
Oxunub: 4037     16:57     10 Yanvar 2018    
Pentaqon müttəfiqi Cənubi Koreya ilə ABŞ-ı nüvə hücumu ilə təhdid edən Şimali Koreya arasındakı yeni hərbi danışıqlara şərait yaratmaq üçün arxa plana çəkilib.

Ordu.az “Whasington Times”a istinadən xəbər verir ki, bu ehtiyatlılıq bəzi analitiklər tərəfindən KXDR-in danışıqları Cənubi Koreya ilə ABŞ arasında münasibətləri korlamaq üçün istifadə edə biləcəyi ilə bağlı xəbərdarlıq etməsindən irəli gəlir.

Dəniz əməliyyatları rəhbəri admiral Çon Riçardson bildirib ki, Pentaqon Kim Çen In rejiminin qarşısını almaq üçün diplomatik və iqtisadi səylərinə davam edir.

Admiral Riçardson iki Koreya arasındakı hərbi əlaqələrin Pxenyan üzərindəki beynəlxalq təzyiqi azaldıb-azaltmayacağı, yaxud ABŞ-ın Sakit okeandakı əməliyyatlarına necə təsir edəcəyi barədə şərh verməkdən imtina edib.

Qeyd edək ki, müzakirələrdə iştirak edən KXDR nümayəndə heyətinin rəhbəri Ri Son Qon Şimali Koreyanın nüvə proqramının müzakirəyə açıq olmadığını və bunun sadəcə ABŞ-ı hədəf aldığını bildirib. Buna görə də KXDR-in danışıqlarla Cənubi Koreyanı müttəfiqindən ayırmağa cəhd etdiyi düşünülür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   Danışıqlar   ABŞ  


Bizi "telegram"da izləyin